Bakının girişində post quruldu - maşınlar yoxlanılır

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
 
AzVison.az-ın xəbərinə görə, buna səbəb Sumqayıt və Saray qəsəbəsindən paytaxta bəzi maşınların buraxılmamasıdır. 
 
Belə ki, I Avropa Oyunlarının açılışı ilə əlaqədar Sumqayıt və Saray qəsəbəsinin çıxışında postlar qurulub və avtomobillər yoxlamadan keçdikdən sonra bir-bir buraxılır. 
 
Hadisə şahidlərinin bildirdiyinə görə, dövlət qeydiyyat nişanından asılı olmayaraq bütün şəxsi avtomobillərin paytaxta girişinə qadağa qoyulub. 
 
Hazırda vətəndaşlar yalnız avtobuslar vasitəsi ilə Bakıya gələ bilirlər./

Google+ WhatsApp ok.ru