Azərbaycan, Qazaxıstan və Rusiya hərbi gəmiləri Xəzərdə birgə atışlar həyata keçirib

Azərbaycan, Qazaxıstan və Rusiya hərbi gəmiləri Xəzər dənizində birgə atışlar həyata keçirib.
 
Rusiya Müdafiə Nazirliyinin Hərbi-Dəniz Qüvvələri üzrə mətbuat xidməti idarəsinin nümayəndəsi İqor Dıqalo bildirib ki, gəmilər dənizdə təlimlər keçirirlər.
 
Onun sözlərinə görə, hərbi gəmilər “Xəzər Kuboku 2015” müsabiqəsinə hazırlıq çərçivəsində dəniz və hava hədəflərinə, habelə üzən minaya atəş açırlar.

Google+ WhatsApp ok.ru