Erməni silahlı bölmələri atəşkəs rejimini 91 dəfə pozub 31 İyul 2015 01:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub. Bu barədə Maide.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Qızıloba, Ağdam rayonunun Nəmirli, Novruzlu, Şirvanlı, Şuraabad, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Erməni silahlı bölmələri atəşkəs rejimini 91 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan, Qazaxıstan və Rusiya hərbi gəmiləri Xəzərdə birgə atışlar həyata keçirib Azərbaycan müdafiə naziri Moskvaya səfər edəcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'