Azərbaycan vətəndaşı Rusiyada yol qəzasında ölüb

Ötən gün axşam saatlarında Rusiyanın M-20 trassının (Sankt-Peterburq – Nevel) 424-cü kilometrliyində üç minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
 
Qəza zamanı “VAZ-2109”, “Ford Fusion” və “Hyundai Starex” markalı avtomobillər toqquşub.
 
“VAZ 2109”un Azərbaycan vətəndaşı olan 43 yaşlı sürücüsü təcili yardım gələnədək hadisə yerində keçinib.

Google+ WhatsApp ok.ru