Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək 13 Oktyabr 2015 01:00 Ölkə Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17, Bakıda isə gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında arbir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq. Tibbi-metereoloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və metereoloji amillərin zəif və mülayim tərəddütü meteohəssəs insanlar üçün əsasən əlverişlidir. Teqlər : #Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mircəfər Eyyubov Təzə Pir məscidinə axund təyin edildi -Yenilənib Yanan Binadan etirazlar səngimir - Video