Mircəfər Eyyubov Təzə Pir məscidinə axund təyin edildi -Yenilənib

Təzə Pir məscidinə yeni axund təyin olunub. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədi Şeyxülislam Allahşükür Paşazadə bildirib. 
O xatırladıb ki, məscidin əvvəlki axundu rəhmətə gedib. Ona görə də məscidə Mircəfər Eyyubov axund təyin olunub. 
APA-ya istinadən verdiyi xəbərə görə, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həmçinin deyib ki, Əjdərbəy məscidinə Şeyx Cavid Məmmədov təyin olunub. Təzə Pir məscidinin axundu Hacı Əhməd bir müddət əvvəl rəhmətə gedib. Əjdərbəy məscidində isə daha bir vakant yer olduğu üçün axund təyin olunub.

Google+ WhatsApp ok.ru