Azərbaycanlılar yenə Rusiyada hoqqa çıxardılar

Bir neçə qutu qızıl aparan soyğunçular uzağa qaça bilməyiblər

Rusiyada lombard dükanını yarıb qaçan azərbaycanlılar saxlanılıb. Maide.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, dekabrın 1-də Rusiyada 3 nəfər lombarda hücum edib. 
 
Rusiyanın hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilib ki, satıcı qadın siqaret çəkmək üçün küçəyə çıxıb. Bu zaman iki nəfər qadını zorla içəri aparıb. 
 
Üçüncü şəxs isə dükanın qapısında gözləyib, o içəri girmək istəyənlərə mağazanın bağlı olduğunu deyərək, oğurluğa şərait yaradıb. 
 
Azərbaycanlılar lombarddan bir neçə qutu zinət əşyaları götürüblər. Oğurlanan əşyaların dəyərinin 4 milyon rubl (62 min 400 manat) olduğu bildirilib.
 
Lakin soyğunçular uzağa qaça bilməyiblər. Yerli polis şübhəli şəxsləri hadisə baş verən yerdən bir neçə kilometr aralıda - avtomobillərə oturanda saxlayıb.
 
Araşdırma zamanı məlum olub ki, onların hər 3-ü azərbaycanlıdır və Rusiyanın Peterqof şəhərinə yenicə gəliblər.
 
Hüquq-mühafizə orqanları onların bu cür başqa cinayət hadisələri törətdiyini də ehtimal edir.
 
Azərbaycanlıların Sankt-Peterburqun cənub-qərbində də bir neçə lombard dükanına hücum edib-etmədiyi araşdırılır.

 

Google+ WhatsApp ok.ru