Universitet müəllimi özünü asdı

Dünən Bakının Binəqədi rayonunda Azərbaycan Dövlət Texniki Universitetinin müəllimi intihar edib.
 
Bu barədə Binəqədi Rayon Polis İdarəsindən xəbər veriblər.
 
Məlumata görə, 1954-cü il təvəllüdlü Zeynalov Elimdar Gülmalı oğlu M.Rəsulzadə qəsəbəsindəki evinin çardağında özünü asıb.
 
Hadisə yerindən mərhumun məktubu tapılıb. Həmin məktubda o bildirib ki, xəstəlik üzündən intihar edir.
 
İlkin məlumata görə, mərhum intihardan bir müddət əvvəl ürəyindən əməliyyat olunubmuş.

Google+ WhatsApp ok.ru