Azərbaycanda ana doğuş zamanı öldü

Azərbaycanda ana doğuş zamanı öldü

 
Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, 22 yaşlı Nurlana Quliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.
“Uşaqda sarğı gəlişi olub. Uşaq sağdır. 2,5 kiloqramlıq qız uşağıdır.
 
Vəziyyəti ağırlaşan ana bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib”.
 
Onun sözlərinə görə, hazırda tibbi ekspertiza araşdırma aparır:
“Nəticələrdən sonra nazirliyin Doğuşayardım Komissiyası da araşdırma aparacaq”. /

Google+ WhatsApp ok.ru