Həbsdə doğduğu uşaq yoxa çıxdı - Azərbaycanın yeni “Lamiyə”si- YENİLƏNİB

Həbsdə doğduğu uşaq yoxa çıxdı - Azərbaycanın yeni “Lamiyə”si- YENİLƏNİB

 (Penitensiar xidmətin açıqlaması əlavə olunub) 
 
Penitensiar Xidmətdən bildirilib ki, M.Hüseynovanın iddiaları absurddur və həqiqəti əks etdirmir. İdarənin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Lent.az-a açıqlamasında deyib ki, istənilən halda bu məsələ araşdırılacaq: “Əgər belə bir məsələ varsa o özü lazımı orqanlara müraciət edə bilər. Ümumiyyətlə həbsxanada qadının uşaq dünyaya gətirməsi və daha sonra onun iddia etdiyi kimi vəziyyətin yaranması mümkün deyil. Bunlar hamısı absurddur. Lakin istənilən halda biz məsələni araşdıracağıq”.
****
 
Ötən il Azərbaycanda “Lamiyə olayı” kimi tanınan prosesə oxşar hadisə baş verib.
 
Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Mahnurə Hüseynova uşaq dünyaya gətirib.
 
Bu barədə M.Hüseynova özü bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda çıxış edərək məlumat verib. (Qafqazinfo)
 
Mahnurə Hüseynova məhkəməyə müraciət edərək polis əməkdaşları tərəfindən saxlanılarkən hamilə olduğunu deyib: “Mən türmədə uşaq dünyaya gətirdim, oğlan idi. Atası da Ehtiram Həsənovdur. Körpəmi türmədə yoxa çıxartdılar, nə ölüsü bilinir, nə dirisi. Uşağımı oğurladılar, mənə də heç nə demirlər”.
 
 
Hakim bildirib ki, bununla bağlı prokurorluğa müraciət edilməlidir. M.Hüseynova deyib ki, prokurorluğa etdiyi şikayət də nəticəsiz qalıb.
 
 
Qeyd edək ki, Mahnurə Hüseynova “Bakı Taxıl Kombinatı”nın direktoru Qalib Bağırovun qətli ilə bağlı təqsirləndirilir. Onunla bərabər əri Ehtiram Həsənov və Mübariz Əliyev də saxlanılıb.
 

Google+ WhatsApp ok.ru