Azərbaycanda 1-ci sinif şagirdi dərsdə öldü 29 Noyabr 2016 02:00 Hadisə Noyabrın 28-i günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib. Maide.Az Report-a istinadən xəbər verir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib. Məktəbə çağırılan təcili yardım həkimlərinin ilkin müdaxiləsindən sonra qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, qan qusduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, X.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, X.Ağayeva ailənin tək övladı olub və anası həmin məktəbdə müəllimə işləyir. Son zamanlar uşağın səhhətində problemlər yaransa da, xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb. Teqlər : #Azərbaycanda 1ci sinif şagirdi dərsdə öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstirahət günlərində baş verən yol qəzalarında 2 nəfər ölüb, 11 nəfər yaralanıb Bakıda yanğın: 4 nəfər yanaraq ölüb