İstirahət günlərində baş verən yol qəzalarında 2 nəfər ölüb, 11 nəfər yaralanıb

İstirahət günlərində baş verən yol qəzalarında 2 nəfər ölüb, 11 nəfər yaralanıb

Eyni zamanda, 52 sürücü sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb
 
Azərbaycanda istirahət günlərində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
 
Maide.Az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabrın 26-27-də respublika ərazisində 5 yol qəzası qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
 
Bundan əlavə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 4 745 sürücünü cərimələyiblər.
 
Onlardan 52-si sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. /

Google+ WhatsApp ok.ru