Azərbaycanda 6 bal gücündə zəlzələ olub - YENİLƏNİB2 - RƏSMİ

Azərbaycanda 6 bal gücündə zəlzələ olub - YENİLƏNİB2 - RƏSMİ

06-02-2019 00:25
 
Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.
 
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
  
 
***
23:36 
Axşam saatlarında respublika ərazisində zəlzələ baş verib.
 
“Report” xəbər verir ki, yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.
 
Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub. Təbii fəlakətlə bağlı rəsmi məlumat hələ ki, yoxdur.

***

20:25

Bu gün, fevralın 5-i günorta saatlarında Azərbaycanın cənub bölgəsində zəlzələ olub.


Bu barədə AMEA Seysmoloji Xidmət Mərkəzinin bu gün yaydığı məlumatda deyilir.

Mərkəzin məlumatına görə, yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Mərkəz bildirir ki, zəlzələ 19 kilometr dərinlikdə baş verib, əsasən, Yardımlı rayonunda, təqribən, 3 bal gücündə qeydə alınıb və yerli sakinlər tərəfindən hiss olunub.

Mərkəz bildirir ki, zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.
 

Google+ WhatsApp ok.ru