Xırdalanda ev yanıb, bir nəfər yanaraq ölüb

Xırdalanda ev yanıb, bir nəfər yanaraq ölüb

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi sahəsi 37 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, dəhlizinin tavanı 5 m² sahədə yanıb.
 
Maide.Az bildirir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Yanğının kəşfiyyatı zamanı 1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviçin yanmış meyiti tapılıb. Meyit Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın söndürülüb. 
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Google+ WhatsApp ok.ru