Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı ölüb - YENİLƏNİB

Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı ölüb - YENİLƏNİB

-- Valideynlər yaralanıb

Türkiyədə partlayış zamanı dünyasını dəyişən azərbaycanlı tələbənin adı məlum olub. 
 
Türkiyədə təhsil alan, Samux rayonunun Qarabağlılar kənd sakini, 1998-ci il təvəllüdlü Nurlan İsrafil oğlu Allahverdiyevin yaşadığı evdə qaz sobası partlayıb. Nəticədə evdə yanğın baş verib. Yanğın zamanı Nurlan və onun valideynləri xəstəxanaya yerləşdirilib. N.Alllahverdiyev Türkiyədə yerləşdirildiyi xəstəxanada ölüb. Onun valideynləri isə Azərbaycana yola salınıb. Bu gün Nuralanın meyiti Azərbaycana göndəriləcək. 
 
Məlumata görə, valideynlərinin Nurlanın ölümündən xəbəri yoxdur.(report) 
***
Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb. 
 
Maide.Az bildir ki, bu barədə "Report"un Qərb bürosuna dünyasını dəyişən tələbənin qohumları məlumat veriblər.
 
Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib. 

Google+ WhatsApp ok.ru