Ağ ev qarşısında Trump əleyhinə etiraz aksiyası keçirilib-VIDEO 19 Oktyabr 2017 01:00 Dünya Birləşmiş Ştatların ən böyük müsəlman qeyri-hökumət təşkilatı Amerika-İslam Əlaqələri Şurası (CAIR) Ağ Ev qarşısında ABŞ prezidenti Donald Trumpın səyahət qadağası tətbiqinə etiraz etdi. Maide.Az xəbər verir ki, fərqli millətlərə mənsub ABŞ vətəndaşı olan nümayişçilər, əllərindəki pankartlarla Trumpın tətbiq etdiyi qadağaların müsəlmanlara qarşı olduğunu pislədi və qərarın ləğvini tələb etdi. Trumpın vəzifəyə gəldiyi gündən etibarən fərqli zamanlarda gündəmə gətirdiyi səyahət qadağalarına qarşı şüarlar səsləndirən etirazçılar "Müsəlman qadağası olmasın" və "Müsəlmanlara etiket taxmaqdan imtina edin" yazılı plakatlar daşıdı. Ağ Ev qarşısından Trumpa aid Trump International Hotelə qədər yürüş edən nümayişçilər daha sonra insidentsiz dağıldı. ABŞ rəhbərliyinin 24 Sentyabrda aldığı və 8 ölkə vətəndaşlarını təsir edəcək "səyahət məhdudlaşdırması" qərarıyla əlaqədar əvvəl Hawaii Federal hakimi Derrick Watson, sonra da Maryland Federal hakimi Theodore Chuang icra dayandırma qərarı vermişdir. Trump administrasiyası qərarını məhkəməyə və zəruri hallarda Ali Məhkəməyə göndərməyə qərar verəcəyini elan edib.(aa) Teqlər : #Ağ ev qarşısında Trump əleyhinə etiraz aksiyası keçirilibVIDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyalı televiziya aparıcısı Kseniya Sobçak prezidentliyə namizədliyini irəli sürüb Deputatların toxunulmazlığını ləğv edin - Ukrayna Ali Radası qarşısındakı mitinqçilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO