AİP Trampın Qüds qərarı ilə bağlı bəyanat yayıb 07 Dekabr 2017 02:00 Fələstin -- Qüds müsəlmanların ilk qibləgahı, Fələstinin tarixi paytaxtı... Azərbaycan İslam Partiyası ABŞ-ı dünyadan təcrid etməyə çağırdı. Eetiraz bəyanatında deyilir: Amerika prezidenti Donald Trampin Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıması beynəlxalq aləmi saymazlıqdan, müsəlman dünyasına hörmətsizlikdən, bəşəriyyəti imtahan sınağına çəkmək cəhdindən irəli gələn bir təzaddır. Bu ağılsız addım eyni zamanda dünyanı qarışdırmaqla istər İsrailin, istərsə də Amerikanın məncə sonunu yaxınlaşdırmağa xidmət edir. Qüds müsəlmanların ilk qibləgahı, Fələstinin tarixi paytaxtı, hüquqi statusu isə BMT tərəfindən müəyyənləşmiş toxunulmaz, sabit bir məkandır. Trampın qərarı bütün bu amilləri saymazlıqdan irəli gəlsə də İran,Türkiyə, Misir, BMT və Avropa Birliyi olmaqla, Almaniya, Fransa, İngiltərə, Çin, İtaliya, Boliviya və dünyanın bir sıra digər ölkələri bu qərara etirazlarını bildirmişlər. Digər tərəfdən Trampın bu qərarı bütövlükdə Amerikanın dünyada sülhə vurduğu ziyanı çılpaqlığı ilə açmış oldu. Artıq bu qitə dünyaya sülh deyil, müharibə ixracatçısı olduğuna heç bir sübut qalmadı. İllərcə Fələstin-İsrail münaqişəsini həll etmək missiyasını üzərinə götürən ABŞ sonda əsl mahiyyətini büruzə verdi, necə deyərlər, xoruzun quyruğu göründü. Dünya xalqları, o cümlədən də ölkəmiz Amerikanın belə yanlışlıqlarından nəticə çaxarmalı, operativ olaraq mövcud vəziyyəti diqqətlə nəzərdən keçirməlidirlər. Azərbaycan İslam Partiyası olaraqdünyanın sülhsevər xalqlarını, müsəlman dövlətlərinin rəhbərlərini ABŞ prezidenti Donald Trampın təxribat xarakterli qərarına, bəşəriyyətə qarşı hörmətsizliyinə kəskin etiraz bildirməklə, bu şər qitə ilə bütün iqtisadi, siyasi, mədəni əlaqələri kəsməyə, dünyada sülh, əminamanlıq naminə ABŞ-ı bütün istiqamətlərdə təcrid vəziyyətinə gətirməyə çağırırıq. (islaminsesi) Teqlər : #AİP Trampın Qüds qərarı ilə bağlı bəyanat yayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İƏT ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını pisləyir İşğalçı İsrail İordan çayının qərb sahilinə hərbi qüvvə cəlb edir -VİDEO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar