Bəhreyndə parlament seçkiləri öncəsi media nümayəndələrinə təzyiqlər artıb

Bəhreyndə insan haqlarını müdafiə mərkəzi  hakim rejimin  media   nümayəndələrinin hüquqlarını həddindən artıq pozduğunu deyir

Maide.az-ın “Manamanın Səsi” xəbər saytına istinadən məlumatına görə,  Bəhreyn Hüquq Mərkəzi elan edib ki,  bu ölkədə Parlament seçkiləri yaxınlaşdıqca , hakim Ali-Xəlifə rejimi media nümayəndələrinə və KİV-lərə təzyiqlərini artırır. “Ali Xəlifə rejimi  media nümayəndələri və KİV-lərə seçkiləri  yaxşı işıqlandırmaq üçün azadlıq vermək əvəzinə, onların fəaliyyətini məhdudlaşdırır.”

Bəhreyndə  Parlament seçkiləri 2014-cü il noyabr ayında keçiriləcək.

Məlumatda bildirilir ki, Ali-Xəlifə rejimi  jurnalistləri həbs etdikdən sonra onları öz nəzarətində olan məhkəmələrdə mühakimə və uzun müddətə azadlıqdan məhrum edir.

Bəhreyn hüquq mərkəzi əlavə edib: KİV-lər ölkənin inkişafına çoxlu kömək edə bilər. Lakin rejim xalqın ifadə azadlığına malik olmasını öz mənafeyinin zərərinə hesab edir. /

 

 

Google+ WhatsApp ok.ru