Bəşşar Əsəd əsgərlərinin uşaqları öldürmək istəməsini iddia edən video saxta çıxdı (VİDEO)

Bir neçə gün əvvəl dünya mediasının gündəmindən düşməyən video saxta çıxdı. Maide.az xəbər verir ki, medianın Bəşşar Əsəd ordusu əsgərlərinin balaca uşaqları öldürməyə cəhd etməsi kimi təqdim etdiyi video sən demə Norveçli rejissor tərəfindən Maltada çəkilən bir filmdən epizod imiş. 
 
34 yaşlı Lars Klevberg Suriyadakı vətəndaş müharibəsi ilə bağlı bir ssenari yazdığını və atışma bölgəsindəki uşaqlara diqqəti yönəltmək üçün peşəkar bir heyətlə həmin videonu çəkdiyini bildirib.
 
Türkiyə mediası bu uşaqların Hələbdə Suriya əsgərlərinin hədəf olduğunu iddia etmişdi. Videonun yayımlanmasından məqsəd terrorla mübarizə aparan Suriya ordusunun imicinə ziyan vurmaq   olduğu  bilidirilir. 
 
 


Google+ WhatsApp ok.ru