İnsan Haqları təşkilatları Şeyx Nəmrin azadlığa buraxılmasını tələb edir

İnsan haqları üzrə çalışan 16 təşkilat Səudiyyə  Ərəbistan hökumətindən şiə alimi , mübariz ruhani Şeyx Nəmrin azadlığa buraxılmasını tələb edir.
Maide.az-ın Əl-Aləm Telekanalına istinadən məlumatına əsasən,  Salam insan haqları təşkilatı başda olmaqla insan halqarı üzrə çalışan 16 təşkilat  bəyanat yayaraq Səudiyyə Ərəbistan məhkəmə hakimiyyətinin ölkənin mübariz ruhanisi  Şeyx Nəmr Baqir Əl-Nəmrə qarşı cixardığı qərarı pisləyib.
Bəyanatda deyilir: Mübariz ruhaniyə qarşı edam qərarının çıxarılması onun Səudiyyə Ərəbistan xlaqının hüquqlarını müdafiə etməsi və ölkədə baş alıb getməkdə olan bərabərsizlikləri ifşa etidyi üçün baş verib.
Insan haqları təşkilatları bəyanatında təkid edilir ki, Şeyx Nəmrin edam hökmü, Beynəlxalq İnsan Haqları qanunlarına təmamilə ziddiyyət təşkil edir. Səudiyyə Ərəbistandan  BMT-nin İnsan Haqları Şurası qarşısında qəbul etdiyi öhdəliklərə sadiq qalması tələb olunur.
  Xatırladaq ki, oktyabrın 14-də Səudiyyə rejim məhkəməsi Şeyx Nəmr haqqında edam qərarı qəbul edib. Ali-Səud rejimi tərəfindən həbsdə saxlanılan ruhaninin qardaşı Məhəmməd Ən-Nəmr bu faktı təsdiq edib və deyib ki, məhkəmə qərarından apelyasiya şikayəti veriləcək.
Ayətullah Şeyx Nəmr Səudiyyə Ərəbistanı şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixində Səud rejimi tərəfindən həbs edilib.
Səudiyyə Ərəbistanı rejiminin Şeyx Nəmri edam etmək istəyi  yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları yayıblar. /
 

 

Google+ WhatsApp ok.ru