Bəşşar Əsəd: `Terrorla mübarizə xərçəng müalicəsi kimidir`

Suriya prezidenti Bəşşar Əsəd Qərb ölkələrinin dar düşüncəli olduğunu söyləyərək, terrorla mübarizəni xərçəng müalicəsinə bənzədib.
 
Maide.az xəbər verir ki, Suriya prezidenti Bəşşar Əsəd "Çek Literarni Noviny" qəzetinə müsahibəsində Suriyanın hər yerdə və hər zaman vətəndaşların öldürülməsinə qarşı olduğunu bildirib.
 
Prezident Əsəd, "Siyasi mövqeyi nə olursa olsun dinc vətəndaşlar öldürülürsə, bu, tam şəkildə terrordur. Suriya da dünyanın hər hansı bir yerinə vətəndaşların öldürülməsinə qarşıdır", - deyib.
 
Bunun Suriyanın əsas prinsipi olduğunu qeyd edən Əsəd, Suriyanın də bunu hər kəsdən daha çox bildiyini söyləyib: "Suriyanın dörd ildən artıq bir müddətdir ki, belə terrora məruz qalıb və bu terrorda minlərlə dinc suriyalı dünyasını dəyişib."
 
Vətəndaşların ölümündən hiss edilən dərdi dilə gətirən Əsəd, amma eyni zamanda Suriyanın böhranın əvvəlindən bəri bunun mənfi təzahürlərinin təhlükəsinə diqqət çəkməyə çalışdığını bəzi Qərb dairələrinə xatırlatmaq istədiyinə diqqət çəkib.
 
Əsəd Suriyanın əvvəlcədən Qərb kimi tərəflərə terroru dəstəkləməsi və ona siyasi dəstək vermələrinin doğru olmadığını, çünki bu terrorun bir gün mütləq ölkələrinə və xalqlarına uzanacağını qeyd etməyə çalışdığını söyləyib.
 
Əsəd, bir neçə gün əvvəl Fransada baş verənlərin Suriyanın təsvirini təsdiq etdiyinə diqqət çəkib. Eyni zamanda avropalı siyasətçilərin mühakimə etmək xarakterində olduğuna işarə edən Əsəd, "Yaxın Şərqdə və Fransada baş verənlərlə yanaşı, hətta bəlkə də daha əvvəl Avropa ölkələrində baş verən terrorun səbəbkarı bu siyasətlərdir", - deyib.
 
Terrorla mübarizədə ən yaxşı yola dair bir suala cavabında Əsəd, terrorla mübarizə ilə terrorizmə qarşı müharibə arasındakı fərqi görmək lazım olduğunu bildirib. O, bu proses içində terrorun məsumluğu qətlə yetirdiyinə vurğu edərək, ona görə bu proses içində terrorla mübarizə deyil, terrora qarşı savaşmaq lazım olduğunun vurğulayıb. Əsəd terrorla mübarizənin isə orduya deyil, uyğun və şüurlu siyasətlərə ehtiyacı olduğunu dedi. 
 
Mədəniyyət vasitəsi ilə cəhalətlə vuruşmağın vacibliyinə diqqət çəkən Əsəd, yoxsulluqla mübarizə üçün güclü iqtisadiyyatın da qurulmasının vacibliyini vurğulayıb. 
 
Əsəd, terrorla mübarizənin "xərçəngi müalicə etməyə bənzədiyini, xərçəngin də kökündən tamamilə ləğv edilməsinin lazım olduğunu" izah etməyə çalışdığını bildirib. O, Qərbin Əfqanıstanda xərçəng hüceyrəsini açıb bir hissəsini götürməyə çalışdıqlarını, bu səbəbdən də daha sürətli və daha geniş yayıldığına işarə edib.

Google+ WhatsApp ok.ru