İspaniyada müsəlmanlar adi səbəbdən saxlanılacaq

Maide.az xəbər verir ki, Parisdə 17 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra İspaniya elə bir qərar qəbul edib ki, müsəlmanların sərt etirazına səbəb olub. Bildirilir ki, yeni qanun polisə əlavə səlahiyyətlər verir. Bu da istənilən zaman müsəlmanları nəzarət altına almaqdan ibarətdir. 
 
Sözügedən qərarın mətni mətbuatın əlinə keçib. Paketdə irqçiliyi xatırladan çoxlu sayda qalmaqallı maddə var. Paketə İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Suriya, Livan və digər müsəlman ölkələrindən gələnlərin izlənilməsi barədə maddə var.
 
Polis şübhəli saydığı bir adamın pasportunda müsəlman ölkələrindən hər hansı birinin vizası olarsa, onu təqib edə və ya saxlaya bilər.
 
Təhlükəsizlik tədbirlərinin ən çox etiraz doğuran maddəsi isə müsəlmanların xüsusilə turist bölgələrində və ya hava limanı, metro, avtobus terminalları kimi yerlərdə video çəkilişi aparmasına mane olmaqdır. Axtarış zamanı maşınlarında kompüter olan müsəlmanlar isə bunu nə üçün etdiyini polisə izah etmək məcburiyyətində qalacaq.

Google+ WhatsApp ok.ru