Bəşər Əsəd: Terrorla sona qədər mübarizə aparmaqda qərarlıyıq

Suriya Prezidenti Bəşər Əsəd ölkəsinin terrorla mübarizədə ciddi olduğunu və bu ciddiliyini qətiyyətlə davam etdirəcəyini bildirib.
 
Maide.az xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd Blarus Xarici İşlər naziri Vladimir Lemur ilə Dəməşqdə keçirdiyi görüşdə Suriyanın terrorla mübarizədə ciddi olduğuna toxunaraq, ölkəsinin Koalisiya Gücləri ilə birgə olmadığını, terrorla həqiqətən mübarizəsini davam etdirəcəyini açıqlayıb.
 
Bəşər Əsəd həmçinin bəzi ölkələrdə kök atan terrorun köklərinin qurudulmasının ancaq realist millətlərarası iradəylə mümkün olduğunu bildirib.
 
Suriya prezidenti çıxışının davamında bəzi müstəqil və Qərb ölkələrinin problem yaşadıqlarını və bu səbəbdən də hər bir bəhanə və səbəblə təzyiqlərə qarşı hərəkət etmək səyində olduqlarını qeyd edib.
 
Blarus Xarici İşlər naziri Vladimir Lemur isə bu görüşdə ölkəsinin Suriyanın təhlükəsizlik və sabitliyi təmin etmək yolunda tutduğu yol və siyasətləri dəstəklədiyini bildirib.
 
Lemur həmçinin Balarusun hər zaman Suriya xalqının yanında olub, müqavimətini möhkəmləndirmək istəyində olduğunu vurğulayıb.

Google+ WhatsApp ok.ru