İraq ordusu Əl-Fəth mahalını terrorçulardan təmizləyib

Maide.az xəbər verir ki, İraq ordusu Səlahəddin vilayətinə bağlı Bəyci rayonu yaxınlığında İŞİD terror təşkilatı üçün strateji marşrut olan Əl-Fəth mahalının nəzarətini ələ keçirib.
 
Səlahəddin vilayətindəki təhlükəsizlik komitəsinin sədri Casim Cəbarə, "Ordu qüvvələri yerli tayfaların dəstəyi ilə İŞİD terror təşkilatının Səlahəddin şəhərinin mərkəzinə yardım çatdırmaq üçün istifadə etdiyi strateji Fəth mahalının nəzarətini ələ keçirib" - deyə xəbəri təsdiq edib.
 
Ordu qüvvələrinin Fəth mahalındakı partlayıcıları zərərsizləşdirmək üçün işlərə başladığını bildirən Cəbarə, sözügedən mahalı terrorçulardan geri almaqla almaqla artıq Əl-Alam, Tikrit, Əd-Dəvr və Cəla bölgəsinə təşkilat üçün yardımların yalnız Kərkük üzərindən gedəcəyini söyləyib.
 
Qeyd edək ki, keçən ilin iyununda terror təşkilatı tərəfindən ələ keçirilən Fəth mahalı Səlahəddin və Kərkük vilayətlərinə çatmaq üçün mərkəz kimi istifadə olunurdu.

Google+ WhatsApp ok.ru