Bəhreyn diktatorluğunun kəşfiyyatçıları qadın libasında - FOTO

Əl-Xəlifə diktatorluğu tərəfindən təzyiq idarəçiliyi hər keçən gün xalqın üzərində daha da artır. Maide.az xəbər verir ki, bu dəfə də diktatorun kəşfiyyatçıları demokratik haqları üçün küçəyə çıxan Bəhreynli gəncləri qeydiyyata almaq, hərəkətlərini yaxından müşahidə etmək üçün yeni bir yola müraciət edib.
Belə ki, Bəhreyn diktatorunun kəşfiyyatçıları çarşab geyərək xalqın arasına giriblər. Onlar sifətlərini bağlasalar da, açıqda qalan əllərindən kişi olduqları görünür.
Kəşfiyyatçıların bu tətbiqi Bəhreynin bir çox şəhərində görünüb.
Digər tərəfdən Bəhreynli gənclər sosial şəbəkələrdə də qadın paltarı geyən kəşfiyyatçılara qarşı xalqa daha diqqətli olması yönündə xəbərdarlıqlar ediblər.
 
 

Google+ WhatsApp ok.ru