Banqladeşdə etirazçılar avtobusu yandırıb, 11 nəfər həlak olub 06 Mart 2015 02:00 Dünya Banqladeşin şimal-şərqindəki Sultanqanc şəhərində ötən gecə etirazçılar sərnişin avtobusuna od vurublar. "Report" "TASS"a istinadən xəbər verir ki, nəticədə ən azı 11 nəfər həlak olub, daha 7 nəfər isə ciddi xəsarət alıb. Ölkədə kütləvi iğtişaşlar və nümayişlər martın 4-də paytaxt məhkəməsinin aparıcı müxalifət partiyası olan Banqladeş Millətçi Partiyasının lideri və ölkənin sabiq baş naziri Bequm Xaleda Ziyanın həbsi barəsində qərarın qüvvədə saxlamasından sonra başlayıb. B.X. Ziya korrupsiyada ittiham olunur. Son 3 gün ərzində etirazçılar 20-dən artıq nəqliyyat vasitəsini, əsasən sərnişin avtobuslarını yandırıblar. Belə hücumlar Navabqanc və Kişorqanc əyalətlərində də törədilib. B.Ziyanın həbsinə qərar siyasətçinin məhkəmənin növbəti iclasına gəlməməsindən sonra verilib. O, kommersiya təşkilatları tərəfindən yardımın göstərilməsi üçün müxtəlif vaxtlarda ayırdığı 500 mln. taka (600 min dollar) məbləğində vəsaitin mənimsənilməsində ittiham olunur. Keçmiş baş nazir ömürlük həbs cəzası ala bilər. Teqlər : #Banqladeşdə etirazçılar avtobusu yandırıb,#11 nəfər həlak olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qırğızlar rusca soyad sonluğundan imtina edəcək Bəhreyn diktatorluğunun kəşfiyyatçıları qadın libasında - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO