Bəhreyn rejimindən siyasi məhbuslara qanlı hücum - FOTO

Bəhreyn rejimi təhlükəsizlik qüvvələri çərşənbə axşamı günü mərkəzi həbsxananı mühasirəyə alaraq plastik güllə və gözyaşardıcı bombalarla siyasi məhbuslara hücum təşkil edib, hücumda bir çox məhbus yaralanıb.
 
Maide.az-ın məlumatına görə, bildirilir ki, hadisə həbsxananı qoruyan hüquq-mühafizə orqanlarının ziyarət saatı zamanı görüş üçün gələn məhbusların ailə və yaxınlarına plastik güllə və qaz bombalarıyla hücum etməsi ilə başlayıb.
 
Bəhreyn Daxili İşlər Nazirliyi verdiyi açıqlamada bildirilir ki, məhbus ailə və yaxınlarının görüş tələbinin rədd edilməsindən sonra qarşıdurma yaranıb. 
 
Əl-Vifaq Cəmiyyətinin yaydığı bəyanatda siyasi məhbuslara həbsxanada verilən işgəncə və təcavüzlərin dərhal dayandırılması lazım olduğunu vurğulayıb.
 
Dünən axşam Bəhreyn xalqı küçələrə tökülərək, hüquq-mühafizə orqanlarının siyasi məhbuslara tətbiq etdiyi zülmə etiraz edib.
 
Qeyd edək ki, mərkəz həbsxanada yüzlərlə siyasi məhbus var.
 
Xatırladaq ki, 2013-cü ildə də Bəhreyndə rejim güclərinin siyasi məhbusların olduğu həbsxanaya hücum etməsi nəticəsində ən azı 40 nəfər ağır şəkildə yaralanmışdı.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru