Fransız polisindən müsəlman qadına pis rəftar: PALTARINI ÇIXAR!

Maide.az xəbər verir ki, Avropa Parlamentində UNISONS cəmiyyətinin təşkil etdiyi tədbirdə iştirak üçün Brüsseldən Strasburqa təyyarəylə gedən AK Partiya Brüssel nümayəndəliyi sədr müavini Asiyə Bilgindən hava limanında təhlükəsizlik əməkdaşları ilə Fransa polisindən inanclarına zidd şəkildə hərəkət etməsi tələb olunub. 
 
Təhlükəsizlik nəzarəti zamanı vəzifəli qadın tərəfindən pencəyini də çıxarması tələb olunan Bilgin, pencəyinin altındakı geyimin qolsuz olduğunu bildirərək, çıxarmaq istəməməsindən sonra təhlükəsizlik işçisi onu kənara çəkərək, bir müddət saxlayıb. Daha sonra gələn kişi polis də yüksək səslə Bilgindən köynəyini çıxarmasını istəyib. Bilgin pencəyini ancaq kabinədə və qadın işçinin yanında çıxara biləcəyini, hər kəsin içində pencəyini çıxarmayacağını deyib.
 
Asiyə Bilginin "din azadlığına və insan haqlarına zidd" etirazlarına baxmayaraq, polis məmurunun daha yüksək səslə bağıraraq, "Bura Strasburqdur və burada otaq yoxdur, çıxaracaqsınız", - deyərək, zor tətbiq etməsindən sonra Bilgin, pencəyini ancaq uyğun bir yerdə çıxara biləcəyi məsələsində israr edib. Bilgin bu təklifinə də müsbət cavab verilmədiyini görüb və onun pencəyi zorla çıxarılıb.
 
Hadisə ilə bağlı açıqlama verən Asiyə Bilgin baş verənlərin bir çox deputatın gözünün qabağında cərəyan etdiyini, ancaq kimsənin müdaxilə etməməsinin təəssüf verici olduğunu qeyd edib.
 
"31 ildir Avropada yaşayıram, bir çox ayrı-seçkiliyə məruz qalmağa baxmayaraq, bu qədər alçalmamışam" deyən Bilgin, Strasburq Hava Limanına kabinə quraşdırılması üçün məsələni məhkəməyə çıxaracağını söyləyib.

Google+ WhatsApp ok.ru