Bəhreyn paytaxtında partlayış

Bəhreyn daxili işlər naziri bu ölkənin paytaxtı Manamada partlayışın baş verməsindən xəbər verib.
Maide.az Associated Press-ə istinadən məlumatına görə, Bəhreyn daxili işlər naziri bildirib ki, bu ölkənin paytaxtı Manamanın qərbində partlayış nəticəsində iki polis məmuru yaralanıb. O, partlayışın detallarına açıqlamayıb.
Bəhreynin polis məmurları partlayışdan az sonra qərb məntəqəsində əsas şose yollarından birini bağlayıb. Belə bir halda, Bəhreyn İnsan Haqları Təşkilatı bildirib ki, bu ölkənin 39 vətəndaşı martın ikinci həftəsində Ali-Xəlifə rejimi hərbçiləri tərəfindən həbs olunub. 
Ali-Xəlifə rejimi ötən dörd ildə və bu ölkə xalqının etirazlarının ardınca yüzlərlə bəhreynli siyasi fəalı mühakiməsiz surətdə həbsdə saxlayır./

Google+ WhatsApp ok.ru