Ərdoğan artıq Ukraynadadır

Ərdoğan Ukraynada etirazla qarşılandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb.
 
ANS PRESS-in məlumatına görə, bu barədə Poroşenko rəsmi twitter səhifəsində yazıb.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla vacib görüş keçirirəm", - deyə prezident bildirib.
 
Azadliq.info-nun məlumatına görə, Ukraynada rəsmi səfərdə olan Türkiyə prezident Ərdoğanı kiçik bir qrup etirazla qarşılayıb. Əllərində "Taksim Meydanı", "Qatil xoş gəlmədin" şüarları tutan etirazçılar, Ərdoğanın avtoritar siyasətinə qarşı olduqlarını bildiriblər: "O, diktatordur. Bizim köhnə prezidentimiz kimi sülh tərəfdarlarına şiddət tətbiq edir",- deyə aksiyaçılardan bir bildirib.
Digər aksiya iştirakçısı isə Ərdoğanın səfərinə görə prezident Poroşenkonu ittiham edib: "Biz preident Poroşenkonun Fransada "Mən Charlie Hebdoyam" şüarı ilə keçirilən dəstək yürüşünə qatılandan sonra Ərdoğanı ölkəmizə dəvət etməsini anlamırıq". Etirazçılar eyni zamanda,  rəsmi Ankaranın İŞİD-ə silah verdiyini və yaralı terroristlərin Türkiyədə müalicə olunduğunu da iddia ediblər./
 

 

Google+ WhatsApp ok.ru