Bəhreyndə 35 nəfərə 276 il həbs cəzası

Maide.az xəbər verir ki, Bəhreyn rejimi 2015-ci ilin mart ayının ilk həftəsində 35 nəfərə ümumilikdə 276 il həbs qərarı çıxarıb. Onlar arasında qadınlar da var.
 
Bəhreyn İnsan Haqları Təşkilatı dünən yaydığı 4-cü bəyannaməsində bildirilir ki, mart ayının son iki həftəsində 81 nəfər həbs olunub. Bu hesabatda mart ayının sonlarında Ali-Xəlifə rejimi qüvvələrinin gecə saatlarında 72 bəhreynlinin evinə hücum edərək, onlardan bir çoxunu həbs etdiyi qeyd edilib.
 
Bu müddət ərzində ölkənin 8 ayrı bölgəsində baş verən xalq qiyamları da polisin zorakılığı ilə yatırılıb.
 
Xatırladaq ki, Bəhreynin Əl-Vifaq Cəmiyyətinin sədri Şeyx Əli Salman 4 aydır ki, Ali-Xəlifə rejimi tərəfindən həbs edilib. Onun həbsinə səbəb kimi rejimin siyasətinə etiraz etmək və dövlət çevrilişi göstəriliub.

Google+ WhatsApp ok.ru