Ali Lider: İslam ölkələrinin işinə Qərbin müdaxiləsi yolverilməzdir

 
Ali Lider Ayətullah Əli Xamenei İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı qəbul edib. 
Maide.az xəbər verir ki, görüşdə Ali Lider Ayətullah Xamenei bildirib ki, İran İslam Respublikasının bütün ölkələr , o cümlədən Yəmənlə bağlı mövqeyi xarici müdaxilələrin olmamasıdır. Buna görədə Yəmən böhranının həll yolu da bu ölkə xalqına qarşı xarici hücumlar və müdaxilələrin dayandırılmasındadır.
Ayətullah Xamenei bildirib ki, biz həmişə təkidlə vurğulamışıq ki, İslam ölkələri Qərb və Amerikaya etimad etməkdən heç bir bəhrə aparmırlar və bu gün də hamı tam aydın şəkildə, İslam və regionun zərərinə olan Qərbin regiondakı hərəkətlərinin nəticəsini görür. 
Ayətullah Xamenei bəzi region ölkələrindəki hadisələrə və terrorçu qruplaşmaların İraq və Suriyadakı vəhşicəsinə olan fəaliyyətlərinə toxunub və bildirib ki, əgər kimsə düşmənin bu hadisələrdəki gizli əlini görmürsə, özünü aldadır. “Sionistlər və Qərb dövlətlərinin bir çoxu və hamısından daha çox Amerika bu hadisələrdən razı qalıblar və İŞİD məsələsini bitirmək istəmirlər.”
Ayətullah Xameni “təkfirçi cərəyanları maliyyə və silah baxımından dəstəkləyənlər kimlərdir?" sualını verib və bildirib ki, əcnəbilər mütləq bu məsələlərin həll edilməsini istəmirlər, buna görə də İslam ölkələri bu problemlərin həll edilməsi üçün qərar çıxarmalıdırlar, amma təəssüflər olsun ki, birgə münasib və konstruktiv qərar çıxarılmır. “Hazırda Amerika və sionistlər bəzi İslam ölkələrindəki daxili ixtilaflar haqda sevinc içindədirlər və bu problemlərin həll yolu, İslam ölkələri arasında əməkdaşlıq və münasib və konstruktiv praktiki hərəkətlərin həyata keçirilməsindədir.”
Ayətullah Xamenei  İslam düşmənlərinin əsas nigarançılığının "Ümumi İslami Oyanış" hərakatının davam etməsi  olduğunu vurğulayıb və bu böyük hadisə ilə qarşılaşmaq üçün düşmənlərin qarşılıqlı planlarına toxunub. 
Əlaqələrin gücləndirilməsi haqda İranla Türkiyənin müştərək mənafeləri və məsləhətlərinə işarə edən Ali Lider Ayətullah Xamenei qeyd edib ki, İslam dünyasında hər bir müsəlman ölkəsinin qüdrəti  həqiqətdə İslam Ümmətinin qüdrətidir və İran İslam Respublikasının əsas siyasəti budur ki, İslam ölkələri bir-birlərini gücləndirsinlər və bir-birlərini zəiflətməkdən çəkinsinlər və İranla Türkiyə arasındakı əlaqələrin gücləndirilməsi də bu hədəfin reallaşmasına yardım edir.
Ayətullah Xamenei sonda İslam Dünyası üçün günü-gündən artan şövkət və izzəti arzulayaraq, İran İslam Respublikasının region məsələlərinin həllində fikir mübadiləsi üçün həmişə hazır olmasına təkid edib./
 

Google+ WhatsApp ok.ru