Bəhreyndə məhbuslar işgəncə olunur

Bəhreyndə Cou mərkəzi həbsxanasının məhbuslarından biri bəhreynli fəallara fiziki və mənəvi işgəncənin davam etdiyini bildirib.
 
Maide.az xəbər verir ki, bəhreynli məhbus həbsxana məmurlarının məhbusların üzərində yeridiyini deyib: "Həbsxana rəisi məhbuslara günəş altında bir dəfə yemək verdirir, sonra onları böyük həyətdə yerdə fırlanmağa məcbur edir. Belə ki, yediklərinin hamısını qaytarsınlar. 
 
Cou həbsxanasında son hadisələr zamanı məhbusların davamlı işgəncəsi "işgəncə festivalı" kimi məşhurlaşdı. Çünki işgəncələrdən çoxlu sayda insan xəsarət alıb və məhbusların bədənində onun izləri qalıb. 
 
Bəzi məhbuslar inqilab fəaliyyətləri zamanı əyinlərinə geydikləri paltarlarla qalıblar." 
 
İsa Məşəl adlı məhbusun ailəsi onun sağlamlığı barədə nigarançılıqlarını bildiriblər. Çünki Cou həbsxana məmurları tərəfindən ona işgəncə edilməsi və döyülməsinə görə bəzi sümüklərinin sınmasına dair xəbərlər yayılmışdı. 
 
İsa Məşəlin ailəsi bildirib: "Son günlərdə İsanın işgəncə edilməsi barədə xəbərlər əldə olunub və o hazırda uzun müddətə ayaq üstə qala bilmir, budunda bir güllənin olması və elektrik naqilləri ilə asılı qalmasına görə əllərinin ağrısından əziyyət çəkir."

Google+ WhatsApp ok.ru