Hələbdə daha iki məntəqə azad olundu

Suriya ordusu qüvvələri Hələb vilayətinin eyniadlı şəhərində əməliyyatını davam etdirir. 
 
Maide.az xəbər verir ki, Əl-Rəşadiyyə və Hicarə əl-Kəbirə şəhərcikləri və onun ətrafındakı təpələr azad olunduqdan sonra digər bölgələrin də azad olunmasına hazırlıq görülür. 
 
Hələbdən əldə olunan məlumata görə, Suriya ordusu qüvvələri silahlı terror qruplaşmalarına aid tunellərdən birini partladıqdan sonra terrorçularla toqquşublar. 
 
Bu toqquşmalarla paralel olaraq Suriya ordusunun arsenalı da əl-Qazi Əskər, əl-Saxur və Miselvon dağlarında terror qruplaşmalarının mövqelərini atəşə tutublar.

Google+ WhatsApp ok.ru