Bəhreyndə Şeyx Əli Salmanın həbsinin davamı tənqid olunub

Tanınmış bəhreynli ruhani siyasi fəalların həbsinin davam etdirilməsini Ali-Xəlifə rejiminin repressiv siyasətlərdə israrlı olmasının nişanəsi adlandırıb. Tanınmış ruhani Şeyx İsa Qasim çərşənbə günü Bəhreyn Milli-İslami Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbs müddətinin uzadılması üzrə Ali-Xəlifə rejiminin qərarını tənqid edərək deyib: Ali-Xəlifə rejiminin bu israrlılığı repressiya prosesinin davam etdirməsinin nişanəsidir. 
 
Şeyx İsa Qasim bildirib: Bütün repressiyalara baxmayaraq, Bəhreyn vətəndaşları qanuni tələblərindən əl çəkməyəcəklər.
 
Manama məhkəməsi çərşənbə günü Bəhreyn Milli-İslami Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın 4-cü məhkəmə iclasının sonunda araşdırmanın təkmilləşdirilməsi adlandırdığı məsələ üzrə onun həbs müddətinin uzadılmasına rəy verdi və 20 mayı Şeyx Əli Salmanın növbəti məkhəməsinin keçirilməsi günü elan edib. 
 
Minlərlə bəhreynli isə Şeyx Əli Salmanın həbs müddətinin uzadılmasına etiraz əlaməti olaraq aksiya keçirib.

Google+ WhatsApp ok.ru