Avropalılar öz KİV-lərinə etimad göstərmirlər

2015-ci il martın 20-dən aprelin 9-na qədər "Sputnik" multimedia xəbərlər agentliyi İngiltərənin  "ICM Reseacrh" tədqiqat şirkəti ilə birgə  Böyük Britaniya, Almaniya, Fransa və Yunanıstanda vətəndaşların Ukrayna böhranının işıqlandırılması məsələsində öz ölkələrinin KİV-lərinə etmad dərəcəsini öyrənmək məqsədilə "Sputnik.Rəy" adlı beynəlxalq sorğu keçirmişdir.
 
Tədqiqatın nəticələrinə əsasən bəlli olub ki, Almaniyada rəyi soruşulanların yarıdan çoxu, Yunanıstanda isə böyük əksəriyyəti aparıcı KİV-lərin Ukraynanın cənub-şərqində baş verən hadisələr haqqında yaydıqları xəbərlərə inanmır. Fransızların təqribən yarısı, Britaniya vətəndaşlarınınsa üçdən biri bu məsələ ilə bağlı milli və transmilli KİV-lərin obyektivliyinə əmin deyillər.
 
"Ukrayna böhranının tərəfsiz və obyektiv işıqlandırılmasından söz düşəndə siz ölkənizin KİV-lərinə nə qədər inanır və etimad göstərirsiniz" sualına respondentlərin yarıdan çoxu - 54 faizi öz ölkələrinin aparıcı KİV-lərinə bütövlükdə etimad göstərmədiklərini bildirmişlər. Tam inanan respondentlərin sayı isə cəmi 4 faiz təşkil edir.
 
Öz ölkəsinin qabaqcıl KİV-lərinə ən çox inanmayanlar isə Yunanıstan sakinləridir. Bu ölkədə rəyi soruşulanların etimad göstərməyən 76 faizindən 23 faizi  "tamamilə inanmadıqlarını", 53 faizi isə sadəcə "inanmadıqlarını" bildirmişdir. Almaniyada da Ukrayna hadisələri ilə bağlı geniş informasiya yayan aparıcı KİV-lərə etimad göstərməyənlərin sayı çoxdur - 57 faiz. Onlardan 15 faizi "heç inanmayanlar", 42 faizi isə sadəcə "inanmayanlar"dır. Fransada isə bu məsələdə qabaqcıl KİV-lərə inananlarla inanmayanlar təqribən eyni faiz təşkil edir və müvafiq olaraq 47 və 40 faizdir.
 
Böyük Britaniyanın qabaqcıl KİV-lərini isə digər ölkələrlə müqayisədə öz ölkəsinin vətəndaşlarından daha çox etimad qazanıb. Respondentlərin yalnız 33 faizi düşünür ki, öz KİV-lərinə etibar etməyə dəyməz. Sakinlərin 55 faizi isə bildirir ki, Britaniya KİV-i Ukrayna hadisələrini doğru və tərəfsiz işıqlandırır.
 
Məlumat üçün bildiririk ki, ictimai rəyi öyrənmək üzrə "Sputnik.Rəy" beynəlxalq layihəsi 2014-cü ildən start götürmüşdür. Tərəfdaş kimi Britaniyanın tanınmış "ICM Research" tədqiqat şirkəti çıxış etmişdir. "Sputnik.Rəy" beynəlxalq layihəsi çərçivəsində Avropa ölkələrində və ABŞ-da daha aktual sosial və siyasi məsələlər üzrə müntəzəm ictimai rəy sorğuları keçirilir. "Sputnik" xəbərlər agentliyi onlarca olkədə yayımlanır. "Sputnik"ə saytlar, analoji və rəqəmsal radioyayımlar, sosial şəbəkədən mobil əlavələr və səhifələr daxildir/xalq qəzeti

Google+ WhatsApp ok.ru