Bəhreyndə insan haqlarının pozulması davam edir

Maide.az-ın məlumatına görə, Bəhreynin əl-Vifaq cəmiyyətinin şöbə müdiri Hadi Musəvi ölkədə insan haqlarının durumunu acınacaqlı olduğunu bildirib. O, keçirdiyi mətbuat konfransında 2015-ci ilin əvvəlindən bəri ölkədə insan haqlarının vəziyyəti ilə bağlı hesabat təqdim edib. 
 
Hadi Musəvi deyib: "Cari ilin əvvəlindən indiyə kimi 413 işgəncə halı qeydə alınıb və paytaxt Manamanın "Cu" həbsxanasında saxlanılan 1600 siyasi məhbus işgəncələrə məruz qalıb, öz ilkin hüquqlarından məhrum edilib."
 
Əl-Vifaq cəmiyyətinin şöbə müdiri 2015-ci ildə 3 Bəhreyn vətəndaşı barəsində edam hökmünün çıxarılmasına işarə edərək, 653 nəfər barəsində həbs qərarının çıxarıldığını bildirib. Həbs olunanlar arasında 119 uşaq və 16 qadın da var. Bütün bu həbslər heç bir qanuni icazə olmadan, basqın formasında həyata keçirilib. 
 
Hadi Musəvi həmçinin cari ildə 2691 etiraz aksiyasının keçirildiyi və 22 dəfə etiraz aksiyalarına qarşı polis tərəfindən odlu silahlarla müdaxilənin edildiyi, 509 nəfərin də yaralandığını bildirib.

Google+ WhatsApp ok.ru