Terrorçuların qaçırdığı qızlar xilas edildi

Nigeriya ordu birləşmələri Boko Haram terror qrupunun fəal olduğu meşəlik ərazidə əsir olan 200 məktəbli qızı və 93 qadını xilas edib.
 
Bu barədə xəbəri Nigeriya ordusu rəsmiləri yayıb.
 
Lakin hərbçilər bildirib ki, xilas edilənlərin arasında 2014-cü ildə Çibok kəndindən oğurlanan 200 məktəbli qız yoxdur. Ordu mənbələri bildirib ki, Sambisa meşəliyində Boko Harama məxsus 4 düşərgə ələ keçirilib.
 
Hazırda əməliyyatın gedişində həbs edilmiş terrorçuların dindirilməsinə başlanıb.

Google+ WhatsApp ok.ru