Bədr: `Əl-Ənbarı İŞİD-in qəbiristanına çevirəcəyik`

Maide.az-ın məlumatına görə, İraqın Bədr Təşkilatının rəsmisi Hamid Sahib Kərbəlayi terrorçuların Kərbəlanın 180-200 kilometrliyində olmalarına işarə edərək bildirib ki, əgər terrorçular bu müqəddəs şəhərə yaxınlaşmaq fikrinə düşərlərsə, əl-Ənbar səhrası onlar üçün kütləvi məzara çevriləcək.
 
Kərbəlayi əlavə edib: "Bədr Təşkilatı öz qüvvələrini gücləndirmək, əl-Nəxib, 160, əl-Həbariyə və əl-Rəhaliyə məntəqələrinə peşəkar və müxtəlif növ silahlarla təchiz edilmiş qüvvələr göndərməklə, İŞİD-ə qarşı savaşı davam etdirəcək. Bədr qüvvələri müdafiə yox, hücum halındadırlar. Və bu məntəqələrin İŞİD terrorçularından təmizlənməsi üçün ordu ilə tam əməkdaşlığa malikdir. Tezliklə Hüvəycə məntəqəsindən tutmuş Səlahəddin və Kərkükə kimi bütün ərazilər İŞİD-in işğalından azad ediləcək." 
 
Bədr Təşkilatı ötən şənbə bildirmişdi ki, minlərlə könüllü xalq qüvvələrinə qoşulmaq və İŞİD-ə qarşı savaşda iştirak etmək üçün öz hazırlığını elan edib.

Google+ WhatsApp ok.ru