İraqlı deputat ABŞ-ın İraqı parçalamaq üzrə ssenarisini ifşa etdi

İraq Parlamentinin bir üzvü ABŞ-ın Nümayəndələr Məclisinin İraqı parçalamaq üzrə layihəsini ifşa edib.
 
Maide.az-ın İraq mediasına istinadən verdiyi məlumata görə, Hənnan Fətlavi dünən İraq hökumətindən istəyib ki, diplomatik kanallardan istifadə edərək, ABŞ Nümayəndələr Məclisində İraqın sünnü məntəqələri və kürd peşmərgələri ilə əməkdaşlıq üzrə layihəsi barədə bu gün keçiriləcək səsverməni dayandırsın. 
 
Hənnan Fətlavi bu səsverməni ABŞ-ın vitse-prezidenti Co Baydenin 2013-cü ildə İraqın 3 məntəqəyə (sünnü, şiə və kürd) bölünməsi ilə bağlı layihəsinə əsaslanan bir səsvermə adlandırıb.
 
İraq Parlamentinin üzvü deyib: "Bu qanun amerikalıların iradəsi və iraqlıların sükutu ilə yanaşı olan bir atmosferdə qəbul olunmaqdadır." 
 
Hənnan Fətlavi ABŞ-ın bu hərəkətini İraqın daxili işlərinə aşkar müdaxilə adlandırıb və deyib: heç bir ölkə, hətta Amerika belə İraq barədə qərar çıxartmaq və bu ölkənin daxili işlərinə müdaxilə etmək haqqına malik deyil.

Google+ WhatsApp ok.ru