Bəhreyn xalqı yenidən ayağa qalxdı

Maide.az-ın məlumatına görə, dünən cümə namazından sonra xalq Bəhreynin paytaxtı Manamanın qərbindəki Əldiraz məntəqəsi daxil olmaqla bu ölkə boyu aksiya keçirərək, ölkədə hökumətlə ən əsas müxalif qrup olan əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın azadlığını istəyiblər. 
 
Əllərində Şeyx Əli Salmanın şəkilləri və Bəhreyn bayrağı olan aksiyaçılar həmçinin ölkədə sosial ədalətin qurulması və bərabərlik tələb ediblər. Onlar Ali-Xəlifə rejimi tərəfindən insan haqlarının pozulması və ayrı-seçkiliyə son qoyulmasını istəyiblər. 
 
Bəhreynli etirazçılar Ümumdünya Fəhlə Gününü əziz tutaraq, siyasi dəlillərə görə işindən kənarlaşdırılmış şəxslərin iş yerlərinə bərpa edilməsini tələb ediblər. 
 
Şeyx Əli Salman xalqı Ali-Xəlifə rejiminə qarşı təhrik etmək və rejimi dəyişməyə çalışmaq kimi puç ittihamlarla 2014-cü il dekabrın 28-də həbs olunub.

Google+ WhatsApp ok.ru