Bəhreyn və Səudiyyə Ərəbistanında Şeyx Nəmrlə həmrəylik aksiyası keçirilib

Bəhreyn və Səusiyyə Ərəbistanı xalqları həbsdə olan ruhani Şeyx Nəmr Baqir Əl-Nəmr ilə həmrəylik aksiyaları keçirib.
Maide.az xəbər verir ki,  Səudiyyə Ərəbistanın şərqində yerləşən Əl-Qətif və Əl-Əvamiyyə bölgələrinin sakinləri aksiya keçirərək artıq uzun müddətdir həbsdə olan ərəbistanlı ruhani Şeyx Nəmr Baqir Əl-Nəmr ilə öz həmrəyliklərini nümayiş etdiriblər. 
Aksiyaçılar Nəmrin azad edilməsini istəyiblər. 
Bəhreynin paytaxtı Manamanın cənubunda da Şeyx Nəmrlə həmrəylik aksiyası keçirilib. Bəhreynlilər  ərəbistanlı ruhaninin azadlığa buraxılmasının vacibliyini vurğulayıbalr. 
Ayətullah Şeyx Nəmr Səudiyyə Ərəbistanı şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixində Səud rejimi tərəfindən həbs edilib.
Xatırladaq ki, oktyabrın 14-də Səudiyyə rejim məhkəməsi Şeyx Nəmr haqqında edam qərarı qəbul edib. Ali-Səud rejimi tərəfindən həbsdə saxlanılan ruhaninin qardaşı Məhəmməd Ən-Nəmr bu faktı təsdiq edib.
Səudiyyə Ərəbistanı rejiminin Şeyx Nəmri edam etmək istəyi  yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları yayıblar. /
 

 

Google+ WhatsApp ok.ru