İran Parlamentindən ABŞ Senatının ehtimal olunan anlaşma ilə bağlı layihəsinə cavab

İran İslam Şura  Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaiddin Bürucerdi İran Parlamentinin Amerika Senatının layihəsinə qarşılıq verməsiilə bağlı amerikalılara xəbərdarlıq edib.
Maide.az-ın məlumatına görə, Ə.Bürucerdi cümə günü İSNA-ya verdiyi müsahibədə Amerika Senatının İranla ehtimal olunan nüvə anlaşmasına Konqresin nəzarət etməsi ilə bağlı qərarına cavab verib və deyib ki, əgər Amerika anlaşmanın icra olunması ilə eyni zamanda sanksiyaların ləğv olunmasına dair İranın tələbini yerinə yetirməzsə, İran İslam Şurası Məclisi bütün nüvə fəaliyyətlərinin davam etməsinə dair hökumətin yerinə yetirməsi olan qanunu icraya qoyacaq.
Bürucerdi deyib ki, İranın qarşı tərəfi 5+1 Qrupudur. 
Qeyd edək ki, Amerika Senatı cümə axşamı günü Konqresdə İranla istənilən yekun nüvə anlaşmasını araşdıran və yaxud onu rədd edə bilən layihəni səs çoxluğu ilə təsdiqləyib./
 

 

Google+ WhatsApp ok.ru