Bəhreyn xalqı hakim rejim əleyhinə aksiya keçirib

Maide.az-ın "Manama Post"a istinadən verdiyi  xəbərə görə, Bəhreyn xalqı ötən həftələrdə olduğu kimi dünən də cümə namazından sonra bir daha hakim rejim əleyhinə ölkə səviyyəsində aksiyalar təşkil edərək, 14 fevral inqilabının qələbəyə kimi davam etdiriləcəyinə təkid ediblər. 
 
Bəhreyn İnqilabçıları Koalisiyasının dəvəti ilə keçirilən bu etiraz aksiyası paytaxt Manama, Sitrə adası və Tubla şəhərində dinc formada keçirilib. Aksiya iştirakçıları Ali-Xəlifə rejiminin zindanlarında olan inqilabçılar ilə öz həmrəyliklərini elan edib və qələbəyə kimi mübarizənin davam etdiriləcəyini vurğulayıblar. 
 
Ali-Xəlifə rejiminə bağlı qüvvələr isə Tubla şəhərində aksiya iştirakçılarına hücum ediblər ki, bu da qarşıdurmaya səbəb olub. 
 
Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir.

Google+ WhatsApp ok.ru