Bəhreyn xalqı Şeyx Salman üçün yenidən küçələrdə

Bəhreyn xalqı Şeyx Əli Salmana dəstək mitinqi keçirib.
Maide.az xəbər verir ki, bəhreynlilər 28 dekabr 2014-cü ildən həbsdə saxlanılan İslam əl-Vəqf Cəmiyyətinin baş katibi Şeyx Salmana dəstək nümayiş etdirmək üçün paytaxt Manamada mitinq keçiriblər.
Aksiyaçılar Şeyx Salmanın sərbəst buraxılmasını, əks halda onların tələbləri yerinə yetirilənə qədər inqilabi mübarizələrinə davam edəcəklərini bildiriblər.
Etirazçı xalq zülmkar rejimin əleyhinə şüarlar səsləndiriblər. 
Aksiyaçılar həmçinin bütün məhbuslar və tanınmış müxalif simaların azad edilmələrini və məhbusların hüquqlarının pozulmasının dayandırılmasını istəyiblər. Onlar vurğulayıblar ki, Bəhreyn xalqının ədalət və demokratiyanın qurulması üzrə tələblərinə göz yummaq olmaz və onlar bu tələblərin reallaşmasınadək müqavimət göstərəcəklər.
Bəhreynin milli-islami Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salman Bəhreyn xalqının azadlıq, ədalət səsini eşitdiyi üçün və  haqlı tələblərini dəstəklədiyi üçün 2014-cü ilin 28 dekabr tarixindən həbsdədir./
 

 

Google+ WhatsApp ok.ru