Türkiyədə həzrəti Mehdi (ə.f) sevgisi

Türkiyənin Manisa şəhərində yerləşən Hüseyniyyə məscidində həzrəti Mehdinin (ə.f) mövludu münasibətilə mərasim keçirilib.
 
Maide.az xəbər verir ki, mübarək gün haqqında danışan məscidin axundu Bayram Dalqa Hz.Mehdinin (ə.f) zühurunu gözləməyin ən üstün əməl olduğunu söyləyib.
 
O bildirib ki, həzrəti Məhəmmədin (s.a.s) zühuru gözlənilən oğlu Hz.Mehdi (ə.f) dünyaya sülh, qardaşlıq və rifah gətirəcək yeganə şəxsdir. Zülmkar hakimiyyətlərin məzlum insanlara zor gücü ilə hökmdarlıq etməyə çalışdığı bu dünyamızda, ədaləti yer üzünə yayacaq şəxs Hz.Mehdidir (ə.f). Kim nə deyərsə desin bizlər Əhli-Beyti sevməklə qürur duyduq və duymağa davam edəcəyik”, - deyə axund söyləyib.
 
Mərasim Əhli-beyt alimlərindən Hüseyin Soltanın oxduğu şeirlər və ilahilərlə davam etdirilib./

Google+ WhatsApp ok.ru