Bəhreynlilər Şeyx Əli Salmana dəstək aksiyası keçirdi

Bəhreyn vətəndaşları bir daha bu ölkənin Milli Birliyi İslam Cəmiyyətinin baş katibinə dəstək aksiya keçirib.
Maide.az xəbər verir ki,  Bəhreynin əl-Bilad əl-Qədim məntəqəsinin sakinləri bazar günü son günlərdə neçənci dəfə olaraq Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmana dəstək məqsədi ilə  aksiya keçirib, onun və bu ölkənin bütün siyasi məhbuslarının azad olunmalarını tələb ediblər. 
Aksiyaçılar Ali-Xəlifə rejiminin Bəhreyn xalqı əleyhinə cinayətlərinə etiraz olaraq şüarlar səsləndirib və tələbləri  reallaşana qədər öz dinc inqilablarının davam etdirəcəklərini bildiriblər.
 Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələri də Şeyx Salmana ictimai dəstəyə reaksiyada rezin güllələr və gözyaşardıcı qazlardan istifadə edib və aksiyanı dağıdıblar. 
 Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibinin müavini Şeyx Fazil əl-Zaki Ali-Xəlifə rejiminin xalqın inqilabı qarşısında aciz olduğunu bildirib və deyib ki, Şeyx Əli Salman həmişə bu etirazların dinc olması, bu ölkədə vəhdətin qorunması və milli danışıqların tərəfdarı olub. /
 

Google+ WhatsApp ok.ru