Terrorbaşı məhv edildi - VİDEO

Liviya ərazisində  Amerika HHQ-nin aviahücumları nəticəsində “Əl-Qaidə” terror təşkilatına yaxın sayılan “Əl-Murabitun” qruplaşmasının başçısı Muxtar Belmuxtar ölüb.
Maide.az-ın verdiyi məlumata görə, bu barədə Liviya hökuməti məlumatı verib.
 
Assoşiteyted  press-ə anonim mənbədən bildirilib ki,  əməliyyatda 2 F-15 qırıcısı iştirak edib. Onlar  255 kq bombalardan istifadə ediblər.
 
Qeyd edək ki, "Təkgöz" ləqəbi ilə tanınan əlcəzairli  Muxtar Belmuxtar  2013-cü ildə ölkəsinlə  qaz yataqlarına hücumların təşkilatçısı hesab olunurdu. Həmin  hadisə zamanı 38 girov həlak olmuşdu.
 

 

Google+ WhatsApp ok.ru