Bəhreyndə Ali-Xəlifə rejimi evlərə basqın edir, insanları həbs edir

Ali-Xəlifə rejiminin muzdurları Bəhreynin müxtəlif məntəqələrində xalqa basqın edərək, bir neçə vətəndaşı həbs ediblər.
Maide.az xəbər verir ki, Bəhreynin Mərab xəbər portalının məlumatına görə, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu gün geniş təhlükəsizlik planı icra edərək, Kəranə məntəqəsində onlarla mənzilə basqın edib və beş bəhreynlini həbs edib.
Ali-Xəlifə muzdurları həmçinin Sənabəs, Əlhurə və Həmd şəhərlərində əhalinin mənzillərinə hücum edərək, daha altı nəfəri həbs edib. 
Əldiraz məntəqəsində də Ali-Xəlifə rejiminin məmurları bir uşağı həbs edib. Bəhreynlilərin həbs olunmalarının səbəbi, onların Ali-Xəlifə rejiminə etiraz etmələri göstəriib. Bununla bağlı, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri dünən də  24 gün öncə azadlığa buraxılmış Bəhreyn Əlvəd cəmiyyətinin keçmiş baş katibi İbrahim Şərifi bir daha həbs ediblər.
Bəhreyn 2011-ci ilin 14 fevralından Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreynlilər azadlıq, ədalətin bərqərarı və öz ölkələrində xalq tərəfindən seçilmiş bir quruluşun hakimiyyətə gəlməsini istəyirlər./

Google+ WhatsApp ok.ru