Putin 110 min DİN əməkdaşını işsiz qoydu

Rusiya Daxili İşlər Nazirliyində kütləvi ixtisarlar başlayıb. Prezident Vladimir Putinin imzaladığı sərəncamına əsasən, nazirliyin 110 min əməkdaşı ixtisara düşmüş sayılır.
Putin nazirliyin bir neçə ştatının ləğvi barədə sərəncam imzalayıb. Bu da həmin ştatlarda çalışan on minlərlə insanın yaxın günlərdə işsiz qalacağı deməkdir.
Hələ ilin əvvəlində Rusiya mətbuatı məlumat yaymışdı ki, ölkənin Daxili İşlər Nazirliyi yeni əməkdaşların işə qəbulunu dayandırıb. Bu ilin martında isə nazir özü ixtisarların olacağı barədə xəbərdarlıq etmişdi./
 

Google+ WhatsApp ok.ru